İnsan Resursları

İnsan Resursları

 Biznes anlayışında məqsədə çatmaq üçün İnsan resurslarının effektiv idarə olunması ən vacib məsələlərdəndir. İR olaraq “Yüksəl Beton” Qapalı Səhmdar Cəmiyyətin də olan əməkdaşların fərdi inkişafının təmin edilməsi əsas missiyalarımızdandır. Əsas prinsipimiz insanları deyil, onların performas göstəricilərinin qiymətləndiriləmsidir. 

İnsan Resursları olaraq biz Cəmiyyətimizdə olan əməkdaşların:

Əmək şəraitinin təmin oluması

Təhlükəsiz iş şəraitinin yaradılması

Şirkət siyasətinin və qaydaların mövcudluğu

İnkişaf imkanları

Naliyyətlər və onların tanınması

Maraqlı iş şəraiti və başqa imkanlar ilə təmin olunmasını təmin edirik.


Karyera İmkanları

“Yüksəl Beton” Qapalı Səhmdar Cəmiyyəti dinamik inkişaf edən şirkətdir. Gənc olmağımıza baxmayaraq, Azərbaycanın beton istehsalı genişlənməsinə önəmli töhfəmizi veririk. İnnovativ yanaşma və müasir texnologiyaların tətbiqi ilə yanaşı, peşəkar işçi heyəti uğurlarımızın əsasını təşkil edən amillərdən biridir. “Yüksəl Beton” Qapalı Səhmdar Cəmiyyətində işləyərkən Siz peşəkarlıq, məsuliyyət, kreativlik kimi mühüm keyfiyyətlər əldə edir, habelə öz işini bilən mütəxəssislərdən ibarət mehriban, möhkəm, səmimi bir kollektivdə işləməklə, ixtisasınızı artırmaq və böyük təcrübə toplamaq imkanına malik olursunuz.

İnkişaf etmək və fərqlənmək imkanlarını axtaranlar üçün biz karyera imkanları təklif edirik. Buna nail olmaq üçün biz müxtəlif təhsilli,enerjili, həvəsli və tam ruh yüksəkliyi olan insanları işə götürüb inkişaf etdiririk.  texniki və ya biznes təhsilinin olması daha yaxşı başlanğıc ola bilər.  

Amma unutmayaq ki, hər bir əməkdaşın inkişafı, onun öz fəaliyyətindən asılıdır.


Şəxsi uçot vərəqin göndərmək üçün e-mail: hr@yukselbeton.az

Şəxsi uçot vərəqin Yüklə