Müştəri məmnuniyyəti

Yüksel Beton QSC-də müştəri məmnuniyyəti prioritetdir.


Şirkət indiki rəqiblərindən fərqlənmək üçün xidmət nöqtəsində də keyfiyyət üçün gösterdiği həssaslığı göstərir. Plan və proqramlar müştəri məmnuniyyətinə yönəlmiş hesab edilir.


Müştəri məmmnuniyyətini yüksək səviyyədə olmasını təmin etmək üçün müştərilərlə mütamadi olaraq əlaqədə olmaq, tikinti sahəsində məhsulun (Betonun) tətbiqindən öncə, tətbiq zamanı və tətbiqdən sonrakı zaman müddətində proseslərlə yaxud müştərinin irad və şikayətləri ilə maraqlanmaq, mümkün təqdirdə tez bir zamanda yarana biləcək uyğunsuzluğa standartların tələbləri çərçivəsində həlli yollarını taparaq müştərini məlumatlandırmaq vacibdir. 


Son məhsulun (Betonun) keyfiyyət göstəricilərinin təyini zamanı Keyfiyyət personalı müştərilərin tikinti sahəsindəki nümayəndəsinə son nəticənin təyini prosesində (Beton nümunə qırımı) iştirak etməsini təklif etməlidir. Əgər müştəri öncədən sınaq prosesində iştirak etmək istəyini bildiribsə o zaman sınaqdan bir gün öncə sınaq vaxtı barəsində keyfiyyət personalı tərəfindən müştəriyə xəbərdarlıq edilməlidir. 


Müştərinin sınaqda iştirakı barəsində Keyfiyyət personalı öncədən Keyfiyyət yönəticisini məlumatlandırmalıdır. Sınaq prosesi bitdikdən sonra son sınaq formu çap edilməli Keyfiyyət yönəticisi, Keyfiyyət personalı və Müştəri tərəfindən imzalanaraq kopyası çıxarılıb müştəriyə təqdim edilməlidir. 


Müştəri tələblərinin vaxtında və dəqiqiq yerinə yetirilməsi və yaxud müştərini məlumatlandıraraq proqramlı şəkildə xidmət göstərilməsi müştəri məmmnuniyyətini artıran səbəblərdən biridir. Müştəri məmnuniyyəti şirkətin imicini və potensialını bütün əhatə bazasında təmsil edən əsas faktorlardandır. 

Bu prosesdə yalnız bir bölmənin və yaxud bir Yönəticinin iştirakı yetərli deyildir. Bütün bölmələr bu prosesdə vəzifə səlahiyyətləri daxilində mümkün qədər iştirak etməli, səmimilik və yardımsevərlilik nümayiş etdirməlidir.