Haqqımızda

Yüksel Beton QSC, 2021-ci ildə istehsal fəaliyyətinə başlamışdır. Şuşa və Ağdam rayonlarında hazır beton məmulatlarının istehsalı və satışı xidmətlərini davam etdirir.


• 2021-ci ildə Şuşa rayonunda ilk hazır beton istehsalı müəssisəsi istifadəyə verilmişdir. 2022-ci ildə əlavə investisiya qoyuluşu ilə ikinci hazır beton istehsalı müəssisəsi yaradılmış və ümumi hazır beton istehsal gücü 130 m3/saata çatdırılmışdır.


• 2022-ci ildə Ağdam Sənaye Parkının ərazisində ilk hazır beton istehsalı müəssisəsi istifadəyə verilmişdir. 2023-cü ildə əlavə investisiya qoyuluşu ilə ikinci hazır beton istehsalı müəssisəsi yaradılmış və ümumi hazır beton istehsal gücü 190 m3/saata çatdırılmışdır.


Qurulduğu andan Yüksel Beton QSC; Hazır beton istehsalı sənayesində xidmət və keyfiyyət baxımından lider şirkətlərdən biri olmağı və sektorun inkişafına töhfə verməyi əsas məqsəd kimi qarşısına qoymuş, ölkəmiz və cəmiyyətimiz üçün əlavə dəyər yaratmağı özünə borc bilmişdir.


Keyfiyyətin və Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə, istehsal prosesində istifadə olunan materialların, xammalın, istehsal zamanı və istehsaldan sonrakı keyfiyyət göstəricilərinin qanun və standartların tələblərinə uyğunluğunu və keyfiyyətə nəzarətin davamlılığını təmin etmək əsas məqsədidir.


Hazır beton sənayesində uzun illər təcrübəyə malik işçi heyəti, ən son texnologiyalarla işləyən istehsal prosesi, müasir tələblərə cavab verən keyfiyyət laboratoriyasıyla, müəyyən etdiyi hədəf və dəyərlərə uyğun olaraq irəliləyir.


Yüksəl Beton QSC 

“Gələcəyə Yüksələn Dəyər” 

Yüksəl Beton olaraq

viziyonumuz, missiyamız və dəyərlərimiz

  • Vizyonumuz

    Ən geniş xidmət şəbəkəsi və ən qabaqcıl texnologiyadan istifadə edərək beton sənayesində birincilərdən olmaq.

  • Missiyamız

    Prinsipiallığımız və keyfiyyətimizlə müştərilərimiz, tərəfdaşlarımız, işçilərimiz və cəmiyyət qarşısında etibar, güvən və dəyərlərimizi artırmaq!

  • Dəyərlərimiz

    Yaradıcılıq / Şəffaflıq / Dürüstlük / İnsanlara və Ətraf Mühitə Hörmət / Mükəmməllik / Rəqabətlilik / Etibarlılıq