Beton qarışığının tərkib strukturası

Beton ümumiyyətlə 80% iri və xırda doldurucudan, 13% sementdən (bağlayıcı material) və 7% sudan ibarətdir. Bu əsas xammaldan başqa, betonda; axıcılığın artırılması, bərkidilmə vaxtının tənzimlənməsi və ya havanın daxil olması kimi məqsədlər üçün kimyəvi əlavələr də istifadə olunur.


Müasir dövrdə Standart beton qarışığı altı əsas tərkib hissədən ibarətdir:  

• Su

• Sement

• Hava

• Xırda doldurucu

• İri doldurucu

• Əlavələr  Bütün bu inşaat materiallarının kimyəvi,fiziki-mexaniki xüsusiyyətləri laboratoriyada analiz edildikdən  və standartın tələblərinə uyğun olan tərkiblər hazırlandıqdan sonra qarışdırıcısı olan zavodda  homogenləşmiş forma əmələ gələnə qədər qarışdırılmalıdır.   Həcm çəkisinə görə betonlar 4 qrupa ayrılır:  1. 800 kq/m³ -ə qədər çox yüngül betonlar,tikinti, istilik izolyasiya işləri,konstruksiyalar üçün 

yüngül elementlərin hazırlanmasında istifadə edilir.  2. 800-2000 kq/m³-ə qədər yüngül betonlar, inşaat, istilik izolyasiya işləri, dəmir-beton 

məmulatlarının və digər məhsulların istehsalında istifadə edilir.  3. 2000-2500 kq/m³-ə qədər ağır betonlar,Hər yerdə: tikinti, təmir və yol işləri, abadlıq və 

dekorasiya, mühəndislik, yığma beton istehsalı kimi bir çox sahələrdə istifadə edilir.  4. 2500 kq/m³-dən yuxarı çox ağır betonlar, müxtəlif mühəndis qurğularının, hərbi obyektlərin, 

xüsusi təyinatlı binaların tikintisində istifadə edilir.  Şaxtayadayanıqlılıq sinifinə görə betonlar 3 qrupa ayrılır :

1. F 50 -ə qədər aşağı şaxtayadayanıqlı betonlar

2. F 50-F 300 arasında orta şaxtayadayanıqlı betonlar

3. F 300-dən yuxarı yüksək şaxtayadayanıqlı betonlar


Sukeçirimsizlik sinifinə görə betonlar 3 qrupa ayrılır :

1. W 4-ə qədər aşağı sukeçirimsiz betonlar

2. W 4-W 12 arasında orta sukeçirimsiz betonlar

3. W 12-dən yuxarı yüksək sukeçirimsiz betonlar 




Betonun xüsusiyyətləri ;

o Ekonomik olmaq,

o Yerli materiallarla istifadə oluna bilər,

o Funksional olmaq,

o formalaşdırmaq asandır,

o Polad armaturla güclü uyğunluq,

o Yüksək təzyiqə davamlılıq,

o Yüksək yanğın müqaviməti,

o Fiziki və kimyəvi xarici təsirlərə qarşı müqavimət,


"Yaxşı betonda bütün xırda doldurucu dənələri tamamilə sement ilə, bütün iri doldurucu dənələri isə tamamilə məhlulla örtülməlidir. Beton bağlayıcı material olan sementin su ilə reaksiyası (hidrasiyası) nəticəsində möhkəmlik qazanır."