Haqqımızda
Yüksəl Beton QSC - Azərbaycanda müasir beton istehsalının etibarlı ünvanı.
Azərbaycanda hazır beton istehsalının etibarlı ünvanı
Yüksəl Beton QSC 2021-ci ildə istehsal fəaliyyətinə başlamışdır. Şuşa və Ağdam rayonlarında hazır beton məmulatlarının istehsalı və satışı xidmətlərini davam etdirir.
Qurulduğu andan şirkət xidmət və keyfiyyət baxımından sektorun inkişafına töhfə verməyi əsas məqsəd kimi qarşısına qoymuşdur.
Əlaqə saxla2021-dən bu günə böyümə
Şuşa
Şuşa rayonunda ilk hazır beton istehsalı müəssisəsi istifadəyə verilmişdir.
Şuşa istehsal gücünün artırılması
Şuşada ikinci hazır beton istehsalı müəssisəsi yaradılmış, bununla da buradakı ümumi istehsal gücü 130 m³/saata çatdırılmışdır.
Ağdam Sənaye Parkı
Ağdam Sənaye Parkının ərazisində ilk hazır beton istehsalı müəssisəsi istifadəyə verilmişdir.
Ağdam istehsal gücünün artırılması
Ağdamda ikinci hazır beton istehsalı müəssisəsi yaradılmış, nəticədə Ağdam zavodunun ümumi istehsal gücü 190 m³/saata çatdırılmışdır.
Şirkətin inkişafı
Müəssisə Yeni Şuşa Məscidi, Tütün Fabriki, Xıdırlı Kəndi və Ağdam Yaşayış Binaları kimi mühüm layihələrdə iştirak etməklə müştəri portfelini və satış həcmini genişləndirmiş, istehsal fəaliyyətini uğurla davam etdirmişdir
Şirkətin davamlılığı
Ağdam Rayon Mərkəzi Xəstəxanası, Beton Məmulatları Zavodu və Sənaye Parkına aid digər layihələrlə müştəri bazasını genişləndirmiş, satış fəaliyyətini uğurla davam etdirmişdir.
Bizi fərqləndirən dəyərlər
Yüksəl Beton QSC-nin hər addımını istiqamətləndirən əsas prinsiplər.
Dürüst
Etik, məsuliyyətli və qanuna uyğun hərəkət.
Şəffaf
Hesabatlılıq prinsipini mənimsəyən idarəetmə.
Davamlı
Ölkə iqtisadiyyatına dəyər yaradan sarsılmaz inam.
Həyəcanlı
Həvəsli, enerjili və qətiyyətli yanaşma.
Yenilikçi
İnnovasiya, texnologiya, dizayn və araşdırma.
Keyfiyyətə öhdəliyimiz
Keyfiyyətin və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə istehsal prosesində istifadə olunan materiallara və bütün mərhələlərə davamlı nəzarət edilir.
Təcrübəli heyət, müasir istehsal prosesi və keyfiyyət laboratoriyası ilə şirkət müəyyən etdiyi hədəflərə uyğun irəliləyir.