2024-cü ildə tikintisinə başlanılan xəstəxana 2027-ci ilin dekabr ayında tamamlanacaq və 2028-ci ildə fəaliyyətə başlayacaqdır. 6 hektar ərazidə yerləşən xəstəxana 12 korpusdan ibarətdir və 210 çarpayılıq tutuma malikdir.
Məscidin forması 8 rəqəmini, yəni Şuşanın işğaldan azad olunduğu günü - Zəfər Gününü, iki minarəsi isə 11 rəqəmini – şəhərin işğaldan edildiyi 11-ci ayı simvolizə edəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
Ağdam şəhərinin ilk müasir yaşayış binası – fərqli memarlıq üslubu ilə 6 mərtəbədən ibarət olan “PARK QARABAĞ ” yaşayış kompleksidir. PARK QARABAĞ yaşayış kompleksinin tikintisini PARK HİLL PROPERTİES tikinti şirkəti tərəfindən həyata keçirilir.
Tarixi Şuşa şəhərinin mərkəzində yerləşən Şuşa hoteli 2023-cü ilin may ayında açılmışdır.Şuşa şəhərinin mərkəzində tarixi “Zəfər yolu”nun üzərində qürurla yerləşərək şəhərin ilk 5 ulduzlu “Hotel və Konqres Mərkəzi”dir. Hotelin binası bölgənin mədəni ənənələrini tərənnüm edən ornamental kompozisiyaları və milli memarlıq elementlərini özündə əks etdirir.
Ağdam rayonunun Kəngərli kəndi Ağdam şəhərindən 5 kilometr şimal-şərqdə, Uzundərənin sağ sahilində yerləşir.Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Ağdam rayonunun Sarıcalı kəndi rayon mərkəzindən şərqdə yerləşir.Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.2020-ci ildə Azərbaycanın nəzarətinə qaytarılmışdır.
Xıdırlı kəndi Ağdam şəhər mərkəzindən 3 kilometr məsafədə yerləşir. Kənd 1993-cü il iyulun 22-də Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Eyvazxanbəyli kəndinin baş planı hazırlanarkən sakinlərin rahatlığı və kəndin gələcək inkişaf potensialı əsas götürülüb:Ümumi sahə: Kəndin layihələndirilən ümumi sahəsi təxminən 111 horizontal hektara yaxındır.Evlərin sayı: Ümumilikdə kənddə 427 fərdi evin tikilməsi planlaşdırılıb.Mərhələli tikinti: İlk mərhələdə 145 evin (o cümlədən 2, 3, 4 və 5 otaqlı fərdi evlər) inşası və müvafiq infrastrukturun qurulması nəzərdə tutulub.Əhali tutumu: Tam məskunlaşmadan sonra kənddə 1500-dən çox sakinin (təxminən 427 ailə) yaşaması gözlənilir.
90 çarpayılıq Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 28 dekabr 2022-ci il tarixində başlanılmış və tikinti işləri 9 may 2025-ci il tarixində başa çatdırılmışdır. Tibb müəssisəsinin ümumi sahəsi 16 973,9 m² təşkil edir.
Mərkəzin tikintisinə 2023-cü ildə başlanılmış, açılış mərasimi isə 10 may 2025-ci il tarixində baş tutmuşdur. Ümumi sahəsi 1,4 hektar olan ərazidə inşa edilən mərkəz geniş funksionallığa malikdir.Kinozal, kitabxana və iki müasir rəqs zalı fəaliyyət göstərir. Həmçinin binada 474 tamaşaçı tutumlu geniş konsert zalı yerləşir. İnzibati otaqlar, iclas zalı, müəllim və rəhbərlik üçün iş otaqları, eləcə də sənət nümunələrinin nümayişi üçün sərgi salonu yaradılmışdır.Mərkəzdə müxtəlif dərnək və təlimlər üçün 15 dərs otağı ayrılmışdır. Binadan kənarda, kompleksin ərazisində isə ümumi sahəsi 1250 kvadratmetr olan və 615 tamaşaçı qəbul edə bilən möhtəşəm açıq amfiteatr inşa edilmişdir.
Diqqətə çatdırıldı ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı.
Məscid XVIII əsrdə, Qarabağ xanlığı dövründə Ağdam rayonunun Qiyaslı kəndində inşa edilmişdir. Məscid ilk tikildiyi zaman iki minarəyə sahib olmuşdur. Uzun illər yerli əhaliyə xidmət edən ibadətgah, 1989-cu ildə kənd sakinlərinin təşəbbüsü və vəsaiti ilə əsaslı təmir olunmuşdur. 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra, bölgədəki digər tarixi-memarlıq abidələri kimi Qiyaslı kəndi və eyniadlı məscid də dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğal dövründə məscid binasından tövlə kimi istifadə olunmuş, orada inək və donuz saxlanılmışdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam rayonu azad edildikdən sonra Qiyaslı məscidi yenidən Azərbaycanın nəzarətinə keçmişdir.
Müəssisə 2,5 hektar ərazidə yerləşən istehsalat sahəsində müxtəlif sənaye istiqamətlərinə uyğun, xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabıları, həmçinin poliuretan çəkmələr istehsal edir.
Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur.
Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə olunub.
Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir: yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib.
“AS Group” şirkətlər qrupunun tərkibinə daxil olan “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkındakı xırdaqəlibli beton məmulatları zavodunun təqdimat mərasimi keçirilib. Müəssisədə döşəmə və səki daşları, termobloklar, beton bloklar, eləcə də tikinti bazarında yenilik hesab olunan müxtəlif ölçülü yüngül hörgü bloklarının istehsalı nəzərdə tutulur.
Şirkət elektrik stansiyalarının və yarımstansiyaların tikintisini, eləcə də əsas avadanlıqların, xüsusilə elektrik şkaflarının istehsalını, təmirini və quraşdırılmasını həyata keçirir. Fəaliyyət istiqamətlərinə transformator yarımstansiyalarının inşası, paylayıcı məntəqələrin hazırlanması və quraşdırılması üzrə xidmətlər daxildir. Bundan başqa, güc transformatorlarının istehsalı, təmiri və quraşdırılması, stansiya və yarımstansiyalarda avadanlıqların texniki yoxlanılması, sınaq işlərinin aparılması şirkətin əsas fəaliyyət sahələrindəndir.