02Layihə haqqında
- Məscid XVIII əsrdə, Qarabağ xanlığı dövründə Ağdam rayonunun Qiyaslı kəndində inşa edilmişdir. Məscid ilk tikildiyi zaman iki minarəyə sahib olmuşdur. Uzun illər yerli əhaliyə xidmət edən ibadətgah, 1989-cu ildə kənd sakinlərinin təşəbbüsü və vəsaiti ilə əsaslı təmir olunmuşdur.
- 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra, bölgədəki digər tarixi-memarlıq abidələri kimi Qiyaslı kəndi və eyniadlı məscid də dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğal dövründə məscid binasından tövlə kimi istifadə olunmuş, orada inək və donuz saxlanılmışdır.
- 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam rayonu azad edildikdən sonra Qiyaslı məscidi yenidən Azərbaycanın nəzarətinə keçmişdir.