01
Birlikdə istehsalın gücünə inanırıq
İşçilərimiz ən böyük hərəkətverici qüvvəmizdir. İşçilərimizin təlim və şəxsi inkişafını şirkət mədəniyyətimizin bir hissəsi sayır, potensiallarını ən yaxşı şəkildə ortaya qoya biləcəkləri iştirakçı mühit yaratmağa çalışırıq. Bizə görə səmimiyyət hər qapını açan qızıl açardır — və biz o açara sahib olduğumuzu düşünürük.
02
Təşəbbüskar, yenilikçi və qabaqcıl
Keçmiş təcrübələrimizdən ərsəyə gətirdiyimiz işləri belə “daha effektiv, daha səmərəli necə etmək olar?” deyə sorğulayır, innovativ ideyalarla xidmətimizin səviyyəsini qaldırırıq. İnnovasiyaya, texnologiyaya, dizayna və Ar-Ge-yə sərmayə qoyaraq ölkəmizdə dəyişikliklərin qabaqcılı oluruq.
03
Həvəsliyik
Etdiyimiz hər şeyə həvəs, həyəcan və qətiyyətlə yanaşırıq; enerjimizlə bütün ətrafımızı bu yanaşmaya həvəsləndiririk.
04
Cəmiyyətə və ölkəyə töhfə veririk
Gördüyümüz bütün işlərlə və həyata keçirdiyimiz layihələrlə ölkəmiz və cəmiyyətimiz üçün ümumi dəyər yaratmağa çalışırıq.
05
Dürüst, işgüzar və məsuliyyətli
“Dürüst olacaqsan, zəhmətkeş olacaqsan, məsuliyyətli olacaqsan” devizi ilə ölkəmizi və xalqımızı daha gözəl sabahlara aparmaq naminə qətiyyətlə işləyirik. Bütün maraqlı tərəflərlə düzgün, əməkdaşlığa söykənən münasibət qurur, işimizi qanuna uyğun yerinə yetiririk.
06
Etibarlı, şəffaf və dürüstük
Yarandığımız gündən etibarən bütün fəaliyyətlərimizdə şəffaflıq və hesabatlılıq prinsipinə əsaslanan idarəetmə yanaşması ilə fəaliyyət göstərmişik.
07
Dayanıqlı və davamlı inkişaf
Daha yaşana bilən bir dünya üçün bütün fəaliyyətlərimizin davamlılıq strategiyamıza uyğun olmasına əhəmiyyət veririk.
08
Ölkəmizin gücünə güc qatırıq
“Ölkəmiz varsa biz də varıq” yanaşması ilə yerli istehsalın gücünə sadiq qalaraq bütün işlərimizin ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına və əlavə dəyərin yaranmasına töhfə verməsi üçün sarsılmaz inamla səy göstəririk.
09
Konstruktiv yanaşma
Özümüzə və işimizə güvənirik, heç vaxt təslim olmuruq. Bizim üçün öhdəsindən gəlinə bilməyəcək çətinlik yoxdur. Yüksək motivasiyalı, həvəsli və konstruktiv komanda olaraq həmişə ən yaxşı həlli təklif edib həyata keçirməyə çalışırıq.