Beton qarışığının tərkibi, çat növləri, yerləşdirilməsi və qulluq edilməsi — peşəkar tikinti üçün texniki bilik bazası.
01 / Tərkib
Beton qarışığının tərkib strukturası
Müasir dövrdə standart beton qarışığı altı əsas tərkib hissədən ibarətdir. Bütün bu inşaat materiallarının kimyəvi, fiziki və mexaniki xüsusiyyətləri laboratoriyada analiz edildikdən və standartın tələblərinə uyğun olan tərkiblər hazırlandıqdan sonra qarışdırıcısı olan zavodda homogenləşmiş forma əmələ gələnə qədər qarışdırılmalıdır.
Su
Sement
Hava
Xırda doldurucu
İri doldurucu
Əlavələr
Alınan süni inşaat materialı olan beton — inşaat materialları içərisində ən çox istifadə olunanıdır.
02 / Təsnifat
Həcm çəkisinə görə betonlar 4 qrupa ayrılır
800 kq/m³ qədər
Çox yüngül betonlar — tikinti, istilik izolyasiya işləri və konstruksiyalar üçün yüngül elementlərin hazırlanmasında istifadə edilir.
800–2000 kq/m³
Yüngül betonlar — inşaat, istilik izolyasiya işləri, dəmir-beton məmulatlarının və digər məhsulların istehsalında.
2000–2500 kq/m³
Ağır betonlar — tikinti, təmir, yol işləri, abadlıq, dekorasiya, mühəndislik və yığma beton istehsalı.
2500+ kq/m³
Çox ağır betonlar — mühəndis qurğuları, hərbi obyektlər, xüsusi təyinatlı binaların tikintisi.
Qeyd
Standartın tələblərinə əsasən normal ağır betonun həcm çəkisi ağır beton sinfinə daxil olduğu üçün ortalama 2400 kq/m³ qəbul edilir.
03 / Davamlılıq
Şaxtaya və sukeçirməyə davamlılıq
Şaxtayadayanıqlılıq sinifinə görə
F 50-ə qədər — aşağı şaxtayadayanıqlı betonlar
F 50–F 300 arasında — orta şaxtayadayanıqlı betonlar
F 300-dən yuxarı — yüksək şaxtayadayanıqlı betonlar
Sukeçirməzlik sinifinə görə
W 4-ə qədər — aşağı sukeçirməz betonlar
W 4–W 12 arasında — orta sukeçirməz betonlar
W 12-dən yuxarı — yüksək sukeçirməz betonlar
04 / Diaqnostika
Çat növləri — yaranma səbəbləri və təmir
Beton sərtləşmədən öncə və sərtləşdikdən sonra müxtəlif çatlar əmələ gələ bilər. Onların yaranma səbəbini düzgün təyin etmək — uyğun önləyici tədbirin və təmir metodunun seçilməsi üçün vacibdir.
Beton priz almağa yeni başladığı və plastik vəziyyətdəykən əmələ gələn çökmə çatlarıdır.
Önləyici tədbir
Tərləmə azaldılaraq, təkrarlı vibrasiya edilməklə çatların əmələ gəlməsinin qarşısı alına bilər.
Risk və təmir
Tam sərtləşməmiş betonda səthə təkrarlı vibrasiya tətbiq etmək, ya da təkrar mala-mastar çəkilməsi çox təsirli yöntəmdir.
Xüsusilə isti və küləkli havalarda beton hələ plastik haldaykən suyun qusma sürəti səthdəki suyun sürətli qurumasına yetmədiyi hallarda əmələ gəlir.
Önləyici tədbir
Beton tökümü edilən yerlərin islaqlandırılması, aşırı isti havalarda tökümün gecəyə ertələnməsi.
Risk və təmir
Sərtləşmiş betonda çatlar V şəklində kəsilərək uyğun bir təmir məhlulu ilə təmir edilə bilər.
Qalın beton pərdə və döşəmələrdə həddindən artıq müsbət temperaturun olması və temperatur fərqləri səbəbindən əmələ gəlir.
Önləyici tədbir
Mühitdəki temperatur-külək-nəm şərtlərinin nəzərə alınması, tökülən betonun temperaturunun stabilləşdirilməsi.
Erkən termal çatların əksinə bu tip çatlar incə döşəmə və pərdələrdə meydana gəlir. Əsas səbəb yetərsiz və səmərəsiz dərzlərdir.
Önləyici tədbir
Beton kəsiminin və betonda nəm itkisinin düzgün tənzimlənməsi.
Səth təbəqəsinin büzülməsindən qaynaqlı rast gələn incə çatlar. Adətən nizamsız altıbucaqlı şəklində olur.
Önləyici tədbir
Kimyəvi kür, nəmləşdirilmiş telis bəzi, nəm tutucu neylon örtük istifadə edilməsi.
Armatur karkasının paslanma ilə beton-metal təmas səthlərində korroziya təbəqəsinin qalınlığının artması ilə ortaya çıxan çəkmə gərilmələri çatlara yol açır.
Önləyici tədbir
Keyfiyyətli beton, metal və armaturdan istifadə. Armatur ətrafında optimum qalınlıqda sıx yerləşmiş olmalıdır.
Risk və təmir
Korroziyaya uğramış təbəqənin ortadan qaldırılmasının ardından pas önləyici və xüsusi təmir vasitələrindən istifadə.
Betonda 5 il kimi uzun bir zamandan sonra meydana gələn dağıdıcı reaksiyalardır. Qələvi-Silikat və Qələvi-Karbonat reaksiyaları şəklində əmələ gəlir.
Önləyici tədbir
Tərkibində qələvi miqdarı az olan sement növlərindən istifadə etməklə bu problem kontrol edilə bilər.
05 / Tətbiq
Betonun yerləşdirilməsi
Betonun yerləşdirilməsi və qulluq edilməsi xüsusi bir prosesdir. Beton sifarişçisi tikinti sahəsində TS 1247 (normal hava şəraiti) və TS 1248 (qeyri-normal hava şəraiti) standartlarına uyğun olaraq betona qulluq etməlidir.
1
Yerləşdirmədən öncə olan proseslər
Betonun yerləşdirmə yöntəmi və töküm vaxtı öncədən müəyyənləşdirilməlidir
Qəliblər sağlam, təmiz və yağlanmış olmalıdır
Yer betonu töküləcəksə qrunt sıxışdırılıb nəmləndirilərək tökümə uyğun hala gətirilməlidir
Beton təslim alınarkən irsaliyyə fişindən başlanaraq istənmiş olunan məhsulun özəllikləri kontrol edilməlidir
2
Yerləşdirmə prosesi
Beton qəlibə yüksəkdən tökülməməlidir (ən çoxu 1.5 metrə)
Beton tökümü kolon və rigellərdən başlanılmalıdır
Armatur karkasın əzilməməsinə diqqət edilməlidir
Beton üfqi təbəqələr formasında tökülməlidir
Kolon və pərdə kimi şaquli elementlər ən az üç dəfəyə doldurulmalıdır
Beton yerləşəcəyi yerə ən yaxın bölgəyə töküməlidir
Sıxlaşdırma üçün vibratorlardan istifadə edilməlidir
06 / Sıxlaşdırma
Vibrasiya prosesində diqqət ediləcək amillər
Vibrator ucunu beton içərisinə sürətli daldırmaq və betondan yavaşca çıxarmaq lazımdır.
Vibrator betona şaquli olaraq daldırılmalı və daldırma aralığı 45-50 sm-i keçməməlidir.
Titrəşdirilən bölgələr birbirlərinə örtüşəcək şəkildə vibrasiya edilməlidir.
Vibrator betonu üfqi istiqamətdə daşımaq üçün istifadə edilməməlidir.
Vibrator ucu təzə beton içərisində çox qısa və ya çox uzun müddət tutulmamalıdır.
Az, həddindən artıq və ya yanlış vibrasiya nəticəsində betonun içərisindəki materiallar bir birindən ayrışır — bu vəziyyətə ayrışma (segregasiya) deyilir.
Vacib qeyd
Betonda hava miqdarının %1 artması, betonun markasını təxminən 5–6% azaldır.
07 / Qulluq
Betona qulluq (kür)
Betona qulluq — beton yerləşdirildikdən sonra yaranabiləcək su itgisini əngəlləmək və hidratasiya reaksiyalarının uyğun şəkildə gerçəkləşməsini təmin etməkdir.
Sement hidratasiyası günlərcə, həftələrcə hətta aylarca davam edir. Bu şərtlər təmin edilmədiyi təqdirdə betondan gözlənilən möhkəmlik həddi əldə edilə bilinməz.
Betonun su itirərək qurumasını önləmək üçün üç yol
Su keçirməyən (neylon-polietilen) bir örtü ilə beton səthi örtülür.
Davamlı olaraq betonun səthinin nəmli qalması təmin edilir.
Kimyəvi kür qatqıları istifadə edilərək beton səthinin örtülməsi təmin edilir.
Su ilə kürləmə
Daimi olaraq beton səthinin nəm qalması təmin edilməlidir. Uyğun kür müddəti təxmini 7 gündür. Qış aylarında bu müddət uzadılmalıdır.
Telis parçası ilə örtmə
Beton sərtləşir-sərtləşməz su tutucu örtüklər sərilməlidir. Xüsusilə döşəmə künclərində daha diqqətli olunmalıdır. Örtüklərin davamlı olaraq islaq qalmaları təmin edilməlidir.
Kimyəvi kür tətbiqi
Kimyəvi kür materialları işin cinsinə görə fərqlilik göstərir. Kimyəvi maddələr beton səthində incə bir polimer təbəqəsi əmələ gətirir. Bu təbəqə buxarlaşmanı çox aşağı səviyyələrə endirir.
08 / Hava şəraiti
Soyuq və isti havada beton tökümü
Soyuq havada
3 GüNLüK ORTALAMA < +5°C
Hava şərtlərinin betona təsiri düşünülməlidir
Gələn betonun temperaturu kontrol edilməlidir
Plastik örtüklərlə betonu qoruyucu material təmin edilməlidir
Künc və uc nöqtələr istilik itgisinə ən həssas yerlərdir
Qruntun təmas səthlərinin və qəlibin izolyasiyası gərəkir
Yağışlı hava şərtlərində beton tökümü ertələnməlidir
İsti havada
3 GüNLüK ORTALAMA > +30°C
Beton töküləcək sahə islaqlandırılır
Qəliblər və armatur hissələri nəmləndirilir
Aşırı külək varsa töküm yeri ətrafına külək qırıcı yerləşdirilir
Kölgəlik istifadə edilərək günəş işığından qoruna bilər
Gün içində temperaturun azaldığı saatlarda töküm edilməlidir
Beton temperaturu tez-tez kontrol edilməlidir
DİQQƏT
Tikinti sahəsində betona əlavə edilən su betonun markasının və dayanıqlılığının aşağı enməsinə səbəb olur.
09 / Xüsusi proses
Monolit svay betonlaması
Boş qruntlarda konstruksiyanın dayanıqlığının artırılması məqsədilə müxtəlif dərinlikdə, diametrdə və sayda monolit svaylardan istifadə edilir.
Hazırda inşaatlarda ən çox monolit svaylardan istifadə edilir. Monolit svay texnologiyası həm praktik, həm də daha məqsədə uyğundur.
Quyu dibinin təmizliyi və mühafizə borusu
Monolit svaylarda mühafizə borusundan istifadə edilməsindəki məqsəd yer dərinlik qatlarının aşması və quyunun deformasiyasının qarşısını almaqdır.
Metal karkasın hazırlanması və yerləşdirilməsi
Layihəyə əsasən metal karkaslar öncədən hazırlanmalı və inşaat sahəsinə gətirilməlidir. Quyuya yerləşdirmədən öncə tələblərə uyğun olub olmadığı yoxlanmalıdır.
Quyunun betonlanması
Möhkəmləndirici polad karkas yerləşdirildikdən sonra beton mümkün qədər tez tökülməlidir. Betonun tökülməsi quyunun aşağı hündürlüyündən yuxarı hündürlüyünə qədər davamlı olmalıdır.
Vaxt limiti
Betonun quyuya tökülməsinin başlanmasından tökmənin başa çatmasına qədər keçən vaxt 2 saatdan çox olmamalıdır.