+994553001711 / +994553000188 info@yukselbeton.az Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 42
B.e. - Ş: 9:00 - 18:00
Ana səhifə / Layihələr / Mehmandarovlar Ev Müzeyi
Layihələrə qayıt

Mehmandarovlar Ev Müzeyi

Şuşa
02Layihə haqqında


Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır. 
Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi. 
Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur.